PDF Oxu

Sosial

  • 507

“Ən yaxşı təqdimat” müsabiqəsində üçüncü yeri tutan Astara məktəblisi

image

Bu Mirzə Ələkbər Sabir adına Astara şəhər 1 saylı tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi Yusif Muradlıdır. Belə ki, fitri istedad malik, doğma Azərbaycan ürəkdən bağlı olan Yusif may ayında keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində “Heydər Əliyev və mənim doğma rayonum” mövzusunda çıxış edərək III yerə layiq görülüb. Eləcə o, buraxılış imtahanında isə 270 bal toplayıb və fərqlənmə attestatına sahib olub . Yusifin digər uğurları da vardır. Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadasının qızıl və gümüş, SASMO və AMO olimpiadalarının isə gümüş medalçısıdır. Həmçinin “Zəkaların mübarizəsi” olimpiadasında Astara rayonunu təmsil edərək komandası ilə birlikdə II yerə çıxıb. Gələcəkdə ən böyük arzusu Çində təhsilini davam etdirərək aerokosmik sahə üzrə mühəndis olmaqdır.
Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov Yusif Muradlı və müəllimi Gülnar Məlikzadəni qəbul edib.
Səmimi keçən görüşdə yüksək uğur qazanmış Y. Muradlını YAP rayon təşkilatının sədri Həbib Cəfərov səmimi qəlbdən təbrik edib, gələcəkdə daha böyük nailiyyətlər və uğurlar arzulamaqla ona Partiya tərəfindən “Təbriknamə” və qiymətli hədiyyə təqdim edib.
Yusifin müəllimi Gülnar xanım göstərilən diqqətə görə Partiya rəhbərliyinə və YAP rayon təşkilatına minnətdarlığını bildirib. YAP fəalı olaraq şagirdinin uğurlarından qürur duyduğunu və bundan sonra daha böyük məsuliyyətlə Partiyaya xidmət edəcəyini bildirib.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər