Astara Pedaqoji Kollecində 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlanması münasibətilə əvvəlcə kollecin direktoru, professor Kamran Kazımov auditoriyalarda tələbələrlə görüşdü və onlara uğurlar arzuladı.
Daha sonra mən imtahanların gedişi ilə bağlı bir qədər professorun vaxtını almaq istədim. Hər bir tələbənin uğuruna ürəkdən sevinən direktor dedi:- Kollec üzrə yaz semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə 03.07.2026-cı il tarixinədək keçirilməsi nəzərdə tutulub. Sessiyanın yüksək səviyyədə təşkili, imtahanların mütəşəkkil, şəffaf və obyektiv başa çatması məqsədilə bütün zəruri tədbirlər görülüb, auditoriyalar və texniki vasitələr tam hazır vəziyyətədir.
Artıq dörd semestrdir ki, imtahanlar müasir və şəffaf elektron sistemi vasitəsilə təşkil olunur. Tələbələr hər bir fənn üzrə imtahan tarixlərini özləri müəyyən edə bilir, imtahan zamanı biletlərini sistem üzərindən müstəqil şəkildə seçir, imtahanın nəticələrini və qiymətlərini də birbaşa sistem vasitəsilə öyrənir, eləcə bu prosesi ekollec.az şəxsi kabinetləri üzərindən rahat şəkildə idarə edirlər.
Onu da bildirim ki, bu yanaşma imtahan prosesində obyektivliyin, şəffaflığın və operativliyin təmininə xidmət edir, eyni zamanda insan amilinin təsirini minimuma endirir. Tələbələr üçün yaradılan rəqəmsal mühit onların imtahan prosesində daha rahat iştirakına yaxşı imkan yaradır.
Həmçinin sessiya müddətində yarana biləcək hər hansı narazılığın və şikayətlərin mövcud qaydada araşdırılması və müvafiq qərar qəbul edilməsi məqsədilə Operativ Qərargah və Apellyasiya Komissiyası fəaliyyət göstərəcək.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
...siqaret çəkmə nəticəsində hansı xəstəliklər yarana bilər? Tütün tüstüsü tənəffüs yollarına və ağciyər toxumasına zərər verir və xroniki öskürəyə səbəb olur.
285.000 dollar dəyərində olan zirehli canavar avtomobil həvəskarlarını şoka salıb...
Psixoloqlar “tərəfdaşdan ikrah” sindromunu izah edirlər. Həyat yoldaşınıza qarşı qəribə bir ikrah hissi bədəndən münasibətlərdəki gizli problemlər barədə bir siqnal ola bilər...