Bu başlıqlı tədbir dağlar diyarı Yardımlıda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı sayəsində keçirilib. Şəhər M. F. Axundov adına 1 saylı tam orta ümumtəhsil məktəbdə təşkil olunan tədbirdə yeniyetmə və gənclər, müəllim heyəti, digər təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı rayonu üzrə gənclər və idman sektorunun müdiri, Yardımlı rayon üzrə təhsil sektorunun müdiri, Yardımlı Rayon Polis Şöbəsinin rəisi, Yardımlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, M. F. Axundov adına 1 saylı tam orta ümumtəhsil məktəbinin direktoru çıxışlarda sağlam həyat tərzinin təbliği və tərənnüm edilməsi, gənclərin müasir təhdid və risklərdən qorunması, zərərli vərdişlərə qarşı birgə mübarizənin istiqamətləri haqqında danışıb, eləcə narkomaniyanın və erkən nikahların yaratdığı problemlər sadalanmış, gənclərə dəyərli tövsiyələrə əməl etməyi, narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməyi, onlara kömək göstərməyi məsləhət görüblər.
Həmçinin yekunda nümayəndələr tərəfindən məktəbli gənclərin suallarına ətraflı cavab verilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
...siqaret çəkmə nəticəsində hansı xəstəliklər yarana bilər? Tütün tüstüsü tənəffüs yollarına və ağciyər toxumasına zərər verir və xroniki öskürəyə səbəb olur.
285.000 dollar dəyərində olan zirehli canavar avtomobil həvəskarlarını şoka salıb...
Psixoloqlar “tərəfdaşdan ikrah” sindromunu izah edirlər. Həyat yoldaşınıza qarşı qəribə bir ikrah hissi bədəndən münasibətlərdəki gizli problemlər barədə bir siqnal ola bilər...