M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisindən keçən hissədə yerləşən qəzalı körpü sökülərək yeni 1 aşırımlı körpünün inşasına start verilib.Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.Məlumata əsasən, hazırda ərazidə svay vurma işləri yekunlaşdırılaraq, yeni körpünün dayaqlarının inşası istiqamətində müvafiq işlər görülür.Xatırladaq ki, 1980-ci illərdə inşa edilmiş 3 aşırımlı körpünün Bakı istiqamətindəki 3-cü aşırımında aşırım tirinin sınaraq çökməsi hadisəsi qeydə alınıb. İlkin texniki qiymətləndirmələr nəticəsində körpünün artıq istismar üçün yararsız vəziyyətdə olduğu müəyyən edilib.
Niyə peşədə ciddi kadr çatışmazlığı var...
2024-cü ildə bu ölkənin seminariyalarında təxminən 4150 gələcək keşiş təhsil alıb ki, bu da...
Səhiyyə Nazirliyi: Rusların qrip viruslarının yeni ştammlarına qarşı immuniteti yoxdur...
Onlar dünyanın ən güclü lazerindən istifadə ediblər...
Ürək və sümük sağlamlığı üçün...
Son söz sizindir...