Quba rayonunun ucqar yaşayış məntəqələrinə dolu yağıb. SİA xəbər verir ki, dəniz səviyyəsindən 1200 metrdən yüksəklikdə yerləşən Aydınkənd yaşayış məntəqəsinin sakinləri Azərtac-a bildiriblər ki, iyirmi dəqiqə ərzində yağan güclü dolu tərəvəz və otlaq sahələrinə ciddi ziyan vurub.
Sakinlər iyun ayında belə dolu yağmasına nadir hallarda rast gəldiklərini qeyd ediblər.
Qəfil başlayan dolu təsərrüfat sahələrinə ziyan vurmaqla yanaşı, bir müddət əvvəl ərazidə baş verən sürüşmə prosesini də aktivləşdirib. Dağlardan qopan daş və qaya parçaları bəzi həyətyanı sahələrə tökülüb. Faktla bağlı yerli icra hakimiyyəti qurumları məlumatlandırılıb.
Mətləb
Niyə peşədə ciddi kadr çatışmazlığı var...
2024-cü ildə bu ölkənin seminariyalarında təxminən 4150 gələcək keşiş təhsil alıb ki, bu da...
Səhiyyə Nazirliyi: Rusların qrip viruslarının yeni ştammlarına qarşı immuniteti yoxdur...
Onlar dünyanın ən güclü lazerindən istifadə ediblər...
Ürək və sümük sağlamlığı üçün...
Son söz sizindir...