PDF Oxu

Sosial

  • 889

Bütün Azərbaycan xalqının əzizi...

image

10 iyun Qalib Nuruzadənin anadan olduğu gündür
44 gün davan edən haqq savaşımızda Vətən, torpaq naminə öz qanı bahasına dastan yazan ölməz qəhrəmanlarımızdan bir də Qalib Habil oğlu Nuruzadədir. İgidliyi, mərdliyi ilə bütün Azərbaycan xalqının ürəyində yer edən Qalib 1996-ci ildə Lənkəranın ucqar dağ kəndi olan Gəgiranda dünyaya gəlib. O, həqiqi hərbi xidmətini 2014-2016-cı illərdə Tərtərdə keçib. Vətənə sevgi, düşmənə nifrət ruhunda formalaşan, bir qayda olaraq Qarabağ torpaqların işğalına qarşı barışmaz mövqe tutan Qalib yağı düşmənlə başlanan haqq savaşımızın ilk günündən Füzuli, Zəngilan, Şuşa istiqamətlərində şiddətli döyüşlərdə şücaət göstərib. Daşaltı kəndində ağır müharibə meydanında şəhid olan igid döyüşçü ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Zəngilanın, Füzulinin, Şuşanın azadlığı uğrunda medallara layiq görülüb.
Vətən uğrunda şəhid olmaq ölməzliyə qovuşmaq deməkdir. Qərinələr ötsə belə, onlar heç vaxt xalq tərəfindən unudulmur, hər gələn nəsillərə keçdikləri şərəfli ömür yolları örnək göstərilir. Bizim Qabil də belə . Bəli, indi Qabil təkcə qohumlarına deyil, bütün Azərbaycan xalqına əzizdir.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər