12 iyun 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatında partiyanın fəal üzvlərindən olan Hüseynov Əskər Ələkbər oğlunun 75 illik yubileyi münasibətilə görüş keçirilib.
YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.
Görüşün sonunda partiya veteranı Əskər Hüseynova partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirakına görə və 75 illik yubileyi münasibətilə Təşəkkürnamə, və xatirə hədiyyəsi təqdim edilmişdir.
Sonda çıxış edən partiya veteranı Əskər Hüseynov göstərilən diqqət və qayğıya görə Prezident,Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə təşəkkürünü bildirmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.