Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən səhiyyənin inkişafı, maddi-texniki bazasının gücləndirilməsi, tibbi xidmətlərin ən müasir səviyyəyə çatdırılması, müasir tibb müəssisələrinin inşası və mövcud tibb müəssisələrinin əsaslı bərpası daim diqqət mərkəzində saxlanılır. Xüsusilə dövlət başçısının regionların sosial-iqtisadi inkişafı siyasətinin tərkib hissəsi kimi bütün bölgələrdə, o cümlədən cənub regionunda səhiyyə son dövrlər xeyli inkişaf edib. Bu baxımından 2026-ci ilin əvvəlində cənub mirvarisi Lənkəran şəhərində yeni inşa edilən 90 çarpayılıq “Yaşa Hospitalı”n fəaliyyətə başlaması əhalinin razılığına səbəb olub.
Dəyəri 9 milyon manat olan hospitalın tikintisinə 2022-ci ildən başlanılıb. Ümumi ərazisi 0, 22 ha, tikinti sahəsi 4000 kvadratmetr olan yeni sağlamlıq ocağı 3 mərtəbəlidir. 6 əməliyyat bloku, laboratoriya kabineti, 8 nəfərlik ümumi reanimasiya, 4 nəfərlik kardio reanimasiya bloku olan, ürək-damar, travmatoloji, neyroloji, ümumi, oftalmoloji və plastik cərrahiyyə, angioqrafiya xidmətləri göstəriləcək hospital üçün ən müasir avadanlıqlar alınıbdır. Tibbi avadanlıqlar (MRT, KT, angioqrafiya, mammoqrafiya, rentgen, oftalmologi avadanlıqlar və digər) Almaniya, Türkiyə, Cənubi Koreya və Yaponiyadan gətirilib. Regionda ilk dəfə olaraq “Yaşa Hospitalı”nda laporoskopik, endoskopik və kolonoskopik əməliyyatları həyata keçirilir.
Həmçinin təcili tibbi yardımın təşkili üçün hospital 2 ədəd (biri reanimobil olmaqla) ambulans avtomobillə təmin olunub və 3 yerlik təcili yardım xidməti şöbəsi fəaliyyət göstərir.
Onu da bildirək ki, hospitalın ümumi xəstə tutumu 90 nəfərlik, iş yerlərinin sayı isə 150 nəfərdir. Günlük burada 300 nəfərə xidmət göstərilməsi nəzərdə tutulub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Qızdırılmış su bakteriyalar üçün çoxalma yerinə çevrilir…