PDF Oxu

Sosial

  • 436

Cəlilabadda kitab sərgisi

image

Cəlilabad Rayon İcra Hakimiyyəti, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı sayəsində Cəlilabad rayonu Heydər Əliyev Seyrəngahında təşkil olunan I Cəlilabad kitab sərgisi Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə açıq elan olunub və canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətənin qəhrəman şəhid övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sərginin açılış mərasimində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin sədri Şamil Sadiq çıxış edərək sərginin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib.
Daha sonra Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxışında bildirib ki, Cəlilabadda ilk dəfə təşkil olunan kitab sərgisi təkcə mədəni hadisə deyil, həm də maarifçiliyin, elmin və mənəvi inkişafın bayramıdır. Sərginin əsas məqsədi insanlarda mütaliə vərdişlərini gücləndirmək, gənc nəslin kitaba marağını artırmaq, cəmiyyət içində oxu mədəniyyətinin daha da inkişafına töhfə verməkdir.
Cəlilabad şəhəri Heydər Əliyev Seyrəngahında keçirilən kitab sərgisi çərçivəsində tanınmış yazıçıların imza saatları, konsert proqramları, təqdimatlar təşkil olunub.
Sərgi cəlilabadlı oxucular tərəfindən razılıqla qarşılanıb və böyük marağa səbəb olub. Kitabsevərlər bu kimi tədbirlərin regionlarda keçirilməsinin oxucuların sayının artmasına və gənc nəslin daha da sosiallaşmasına müsbət təsir göstərdiyini bildiriblər.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər