PDF Oxu

Sosial

  • 536

Yeni klinika

image

Tarixən cənub qapımız Astara rayonunun mühüm yaşayış məntəqəsi sayılan, coğrafi baxımdan da mərkəzi mövqedə yerləşən Pənsər kəndində yeni klinika fəaliyyətə başlayıb. Bu rayonda açılan ilk özəl tibb müəssisəsidir. Kənd mərkəzində yaradılan sağlamlıq ocağında ginekologiya, kardiologiya və digər ixtisaslar üzrə əhalinin rahat müayinə və müalicələrin təşkili üçün zəruri şərait yaradılıb.
Yeni klinikanın açılış mərasimində rayon ağsaqqalları ilə yanaşı, Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun anası Vahimə xanım da iştirakı edib. O, çıxışında deyib:- Belə bir tibb mərkəzinin məhz kənd əhalisinin istifadəsinə verilməsi, xüsusilə yaşlı insanların və ucqar ərazilərdə yaşayan vətəndaşların yaxşı şəkildə tibbi xidmət ala bilməsi böyük sevinc və qürur mənbəyidir. Şəraitin belə rahat olmasına görə Azərbaycan xalqına, sahibkarlara və ölkə rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər