PDF Oxu

Sosial

  • 874

"Balçı Səyavuş Arıçılıq Muzeyi”

image

Bu muzey cənub mirvarisi Lənkəranda fəaliyyətə başlayıb. Yeni turizm məkanı kimi nəzərdə tutulan muzeyin açılış mərasimi keçirilib.
Kənd təsərrüfatı nazirinin müavini, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, Lənkəran Regional Turizm İdarəsinin rəisi, Aqrar Tədarük və Təchizat idarəsinin rəhbərliyi, eləcə də digər rəsmi şəxslər və qonaqların iştirak etdikləri açılış mərasimi çərçivəsində Lənkəran Regional Turizm İdarəsi tərəfindən muzeyin giriş hissəsində yaradılan, daha çox diqqəti özünə çəkən rayonun görməli, gəzməli füsunkar gözəlliyə malik yerlərini əks etdirən fotolardan ibarət sərgi ilə tanışlıq da olub.
Onu da bildirək ki, yeni muzeyin fəaliyyətə başlaması müasir dövrdə bölgənin turizm potensialının tanıdılması və arıçılıq ənənələrinin təbliği baxımından əhəmiyyətli hesab oluna bilər.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər