Onlar bədənin zərərli maddələrə qarşı özünü müdafiə etmək qabiliyyətini azaldır...
...Rus alimləri nanoplastiklərin insan hüceyrə membranlarına nüfuz edə biləcəyini sübut etdilər. Bu, bədxassəli şişlər riskini yaradır.
SİA-nın əldə etdiyi məlumata görə, "İzvestiya" qəzeti xəbər verir ki, kompüter simulyasiyaları plastik hissəciklərin hüceyrə membranının vacib bir komponenti olan xolesterolu sıxışdırmağa başladığını aşkar edib.
Membrananın hüceyrəni zərərli maddələrdən qorumaq qabiliyyəti kəskin şəkildə azalıb.
Nanoplastiklər ətraf mühitə kosmetika, yuyucu vasitələr, birdəfəlik plastik qablar və yuma zamanı sintetik geyimlər də daxil olmaqla bir çox mənbələrdən daxil olur.
SİA xatırladır ki, bir müddət bundan əvvəl 5-tv.ru saytı alimlərin bağırsaqları nanoplastik hissəciklərdən təmizləməyə qadir olan ənənəvi Koreya yeməyi kimçisində Leuconostoc mesenteroides CBA3656 bakteriyasını aşkar etdiklərini bildirmişdi.
Mikroorqanizm su, duz, balıq və digər qidalar vasitəsilə bədənə daxil olan kiçik polimer parçalarını cəlb edir və bağlayır.
Laboratoriya şəraitində bakteriyalar təhlükəli hissəciklərin 87 faizə qədərini, insan bağırsağına bənzər bir mühitdə isə təxminən 57 fizini bağlayır.
Əli Babayev
Onlar bədənin zərərli maddələrə qarşı özünü müdafiə etmək qabiliyyətini azaldır...
Əsəb tiklərindən aqressiyaya qədər: Qadjetlər uşaqlar üçün niyə kontrendikedir?