PDF Oxu

Sosial

  • 1 429

Tələbələrin Astara rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub

image

Astara Pedaqoji Kollecinin təcrübədə olan tələbələrinin müəllimləri ilə bərabər Astara rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. Mərkəzin direktoru Kübar Səmədova onları Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti əks olunan ekspozisiya zalı ilə tanış edib. Ziyarətçilər burada müstəqil Azərbaycanın qurucusu, Türk xalqının böyük oğlu, dünya siyasəti meydanında öz sözü olan, ən nüfuzlu dövlət xadimi Heydər Əliyevin zəngin həyat yolu, siyasi fəaliyyəti və Azərbaycan dövlətçiliyinin inkişafındakı misilsiz xidmətlərini əks etdirən fotoşəkillər, sənədlər, eləcə də tarixi materiallar haqqında ətraflı bilgi qazanıb, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində gördüyü işlər barədə məlumat alıblar.
Həmçinin söhbət əsasında Kübra Səmədova tələbələrə görkəmli dövlət rəhbərinin əbədiyaşar ideyalarından bəhrələnərək gələcəkdə qazandıqları bilik və bacarıqlardan düzgün istifadə edib ölkəmizin inkişafına səmərəli töhfə verməyi, vətənpərvər və layiqli vətəndaş olmağı bildirib.
Ekskursiya tələbələrdə böyük maraq və xoş təəssürat yaradıb.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər