Bakı şəhəri üzrə ümumilikdə 267 şagird inklüziv təhsilə cəlb edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) SİA-ya bildirilib ki, 2025-2026-cı tədris ilindən etibarən inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinə 11 məktəb (87, 88, 167, 166, 187, 109, 205, 212, 236, 247 və 279) əlavə olunub.
BŞTİ-nin tabeyindəki inklüziv sinif təşkil edilən məktəblərin sayı 41-ə çatdırılıb. 2025-2026-cı tədris ilində inklüziv siniflərə 122 sağlamlıq imkanları məhdud şagird cəlb olunub.
İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.