PDF Oxu

Sosial

  • 1 860

Astara Pedaqoji Kollecinin tələbələrinin Heydər Əliyev Mərkəzinə növbəti ekskursiyası

image

Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi münasibətilə əlaqədar olaraq cənub qapımız Astarada fəaliyyət göstərən Pedaqoji Kollecinin tələbələrinin tarixi-mədəni irsimizə marağının artırılması, onların intellektual və mənəvi inkişafına dəstək məqsədilə növbəti ekskursiya təşkil olunaraq rayondakı Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Təhsil ocağından bildirildi ki, ekskursiya zamanı tələbələr Mərkəzin zəngin ekspozisiyaları, müasir memarlıq üslubu və burada nümayiş etdirilən tarixi, mədəni və incəsənət nümunələri ilə yaxından tanış olub, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizin inkişaf tarixi və milli-mənəvi dəyərlərimiz barədə ətraflı məlumat alıblar.
Həmçinin gələcəyimizin qurucuları olan tələbələr ekskursiya boyunca böyük maraq nümayiş etdirmiş, onları daha çox düşündürən suallara cavab tapmış və zəngin təəssüratlarla geri dönmüşlər. Bu cür maarifləndirici ekskursiyalar gənclərin dünyagörüşünün formalaşmasında və vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər