PDF Oxu

Sosial

  • 637

Yarımçıq qalan arzu 59 yaşında gerçəkləşdi: universiteti nəvəsi ilə birlikdə oxudu

image

Gənclik illərində atasının xəstəliyi və maddi imkansızlıq səbəbindən universitetdə oxumaq arzusunu reallaşdıra bilməyən Mehmet Kocagöl 55 yaşında başladığı universiteti 59 yaşında bitirib, nəvəsi ilə birlikdə oxuyub. O, vaxtilə Aksarayda orta məktəbi bitirdikdən sonra Almaniyada yaşayan atasına baxmaq üçün xaricə getdiyi üçün arzusunda olduğu universitetdə oxuya bilməyib.

2004-cü ildə atası vəfat edən Kocagöl iki övladının ailə qurmasından sonra öz arzularının reallaşması üçün işləməyə başlayıb. Ən böyük arzusu universitetdə oxumaq idi. Dörd nəvənin babası olduqdan sonra doğulduğu Aksaraya qayıdıb və qəbul imtahanını verərək Aksaray Universitetinin İqtisadiyyat və İnzibati Elmlər fakültəsinin Siyasi Elm və Dövlət İdarəçiliyi fakültəsinə daxil olub. Belə ki, illər sonra 55 yaşında Mehmet Kocagöl universitet arzusuna çatıb. Dörd ilini öz yaşındakı gənclərlə, son iki ilini isə nəvəsi ilə oxuyaraq 59 yaşında bitirib. Diplomunu Aksaray valisi Murat Durudan alıb, hazırda magistratura pilləsində təhsil almaq niyyətindədir.

Məzun olmaqdan xoşbəxtliyini dilə gətirən Mehmet Kocagöl, "55 yaşından sonra təhsilimə başlayıb 59-da bitirməyim çox gözəl hissdir. Təbii ki, təhsilim bununla bitməyəcək. Gələn il magistratura təhsilimi davam etdirməyi planlaşdırıram. Avropada magistr təhsili almağı düşünürəm. Avropada yaşayan türklər üçün yaşlı insan üçün gənclərin yanında olmaq, onlarla birlikdə təhsil almaq çox gözəl və həyəcanverici hissdir”, -deyə bildirib.

“Təhsil almaq üçün yaş məhdudiyyəti yoxdur, bunu hər kəsə tövsiyə edirəm”,-deyərək təhsilin əhəmiyyətini vurğulayan Mehmet Kocagöl əvvəllər iqtisadi şəraitin imkan vermədiyi üçün təhsilini başa vura bilmədiyini, bunu çox istədiyini, amma mümkün olmadığını deyib. Ancaq Almaniyaya getdikdən və işləri müəyyən mərhələyə çatdıqdan sonra təhsilini davam etdirmək qərarına gəldiyini, bu müddət ərzində ona dəstək olan ailəsinə və dostlarına dərin təşəkkür etdiyini vurğulayarq deyib: təhsil üçün heç bir yaş məhdudiyyəti yoxdur. İnsan istədiyi zaman bunu bacarır.

Digər xəbərlər