PDF Oxu

Sosial

  • 4 233

Ürəklərdə yaşayan Vətən sevdalısı

image

Şəhidlik ən uca zirvədir. Vətən, torpaq uğrunda şüurlu surətdə öz canını fəda edənlər bu müqəddəsliyə sahib olurlar. Şəhidlər torpağa gömülmür, onlar günəş ömrünü yaşamaqla heç vaxt ölmürlər. Məhz Astara rayonu, Şahağacı kəndində dünyaya göz açan Rameş Gülverdi oğlu Zəkiyev də 44 günlük haqq savaşımızda sinəsini Vətənə sipər etməklə 19 yaşında əbədiyyətə qovuşub.
Öz şərəfli ölümü ilə gələcək nəsillər üçün örnək olacaq bir tarix yazıb cismən aramizdan gedən şəhid Rameş Zəkiyevi yad etməyi, xatirəsini əziz tutmağı Astarada kiçikdən tutmuş böyüyə kimi hamı özünə müqəddəs borc bilir. Adəti üzrə ölümsüzlüyə qovuşan qəhrəmanın 25 yaşının tamamında da Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov və aparat əməkdaşları, rayon İcra hakimiyyətinin Şahağac kənd üzrə icra nümayəndəsi Samir Mailov, Şəhid ailələri, eləcə ictimaiyyət nümayəndələri doğma kəndidə onun ailəsini və məzarını ziyarət ediblər. Çıxış edən Həbib Cəfərov bildirib ki, 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində milərlə qeyrətli övladımız ana Vətənin harayına səs verib, ölümün gözünə dik baxa-baxa, alovlardan, odlardan keçərək qanı, canı bahasına xalqa zəfər sevincini yaşatdılar. Bu misilsiz hünərlə adını Azərbaycanın yeni, şanlı tarixinə qazan qəhrəman Vətən övladlardan biri də Rameş Zəkiyevdir. Ölümsüzlüyə qovuşan Rameş bizim üçün iftixar mənbəyi, qürur yeridir. O, dünya durduqca milyonların qəlbində yaşayacaq.
Rameş Vətən müharibəsində Ağdam istiqamətində gedən döyüşlərdə minaatan kimi yağıya qarşı vuruşub. Neçə-neçə ağır sınaqlardan üzüağ sıxan qəhrəman Vətən oğlu 15 oktyabr 2020-ci ildə Ağdamın Hacıməmmədli kəndində minaatan mərmisinin düşməsi nəticəsində 2 döyüşçü yoldaşı ilə şəhid olub. Cənazəsi 20 oktyabr 2020-ci ildə doğma Şahağacı kəndində torpağa tapşırılıb, ölümündən sonra “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı” və digər medallarla təltif edilib.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər

Yadplanetlilər həqiqətən qədim əcdadlarımızı ziyarət ediblərmi?

Kosmosdan balta: alimlər bir artefakt tapdılar və onun yerüstü mənşəyini müəyyən etdilər...

Alimlər insan üzünün gücünü izah ediblər

Baxışlar və üz ifadələri gərginliyi azaltmağa və anlayışı yaxşılaşdırmağa kömək edir...

Putinin dövründə Rusiya məktəblərinin yarısını itirib..?

Qalanları isə “itaət fabriklərinə” çevrilir...

İmanla elmin ziddiyyət təşkil etmədiyini sübut edən maarifçi...

Onun ən məşhur əsərləri tatar xalqının tarixi və etnoqrafiyası ilə bağlıdır...

Dörd arvad, 40 uşaq və təxminən 100 nəvə...

...bir misirli böyük bir ailəni necə idarə edir

Müəllimlər, maaşların azlığından, zorakılıqdan şikayət etməyin və...

...sadəcə olaraq,..işdən çıxın! Rusiyalı köşə yazarı Kolesnikov müəllimlərə və təhsil işçilərinə məsləhətlər verib...

Tatarıstan özünün halal laboratoriyasını yaratmağa hazırlaşır

Əvvəllər Tatarıstan istehsalçısının halal olduğu iddia edilən kolbasalarında donuz DNT-sinin tapıldığı bildirilirdi...