PDF Oxu

Sosial

  • 639

Eskişehirdə Beynəlxalq Azərbaycan Konqresi keçiriləcək - FOTO

image

Azərbaycanın müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunacaq tədbirdə 1991-ci ildən bu günədək keçilən yol və əldə edilən uğurlar təhlil ediləcək

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyi münasibətilə Türkiyənin Eskişehir şəhərində Beynəlxalq Azərbaycan Konqresi keçiriləcək. “1991-ci ildən bu günə kimi: siyasi, diplomatik, sosial-mədəni və iqtisadi aspektlər” mövzusuna həsr olunan konqres 15–17 oktyabr 2026-cı il tarixlərində olacaq. Bu barədə Anadolu Universiteti Heydər Əliyev Tətbiq və Araşdırma Mərkəzindən məlumat verilib.

Məlumatda deyilir ki, tədbir Azərbaycanın müstəqilliyinin bərpasının 35 illiyi çərçivəsində təşkil edilir və ölkənin son 35 ildə keçdiyi inkişaf yolunun müxtəlif istiqamətlər üzrə elmi müstəvidə təhlilini hədəfləyir.

Konqres Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Ankaradakı Səfirliyi və Anadolu Universitetinin dəstəyi ilə keçiriləcək.

Tədbirin təşkilatçıları sırasında Anadolu Universiteti Heydər Əliyev Tətbiq və Araşdırma Mərkəzi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), Eskişehir Azərbaycanlılar Dərnəyi və KUTSAM – Beynəlxalq Münasibətlər, Sosial və Strateji Araşdırmalar Mərkəzi yer alır.

Məlumata görə, Konqres çərçivəsində Azərbaycanın müstəqillik dövründə siyasi institutlarının formalaşması, diplomatik fəaliyyəti, sosial-mədəni inkişafı, iqtisadi islahatları, eləcə də beynəlxalq münasibətlər sistemi daxilində tutduğu mövqe elmi məruzələr və panel müzakirələri vasitəsilə geniş şəkildə dəyərləndiriləcək.

Konqreslə bağlı ətraflı məlumat azerbaycan35yil.anadolu.edu.tr internet səhifəsində yerləşdirilib.

Təşkilat Komitəsi ilə [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.

Digər xəbərlər