PDF Oxu

Sosial

  • 641

Xanoğlan Ağayevin 70 illik yubileyi qeyd olunub

image

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı tərəfindən partiyanın veteran üzvlərindən olan, Cəyirli kənd sakini, Xanoğlan Ağayevin 70 illik yubileyi münasibətilə onunla evində görüş keçirilmişdir.

Görüşdə RİHB-nın Cəyirli kənd İƏD üzrə nümayəndəsi Əhmadalı Rəcəbov, müavini Sərvət Məcidov YAP Qobustan rayon təşkilatının əməkdaşları Elməddin Hüseynov,Həzərxan Nəbiyev,"Cəyirli" ərazi partiya təşkilatının sədri (Cəyirli bələdiyyəsinin sədri) Aynur Axundova, ərazi partiya təşkilatının sədr müavini (Cəyirli kənd tam orta məktəbinin direktoru) Mais Əliyev, Cəyirli kənd ümumi orta məktəbinin direktoru Buğday Azadə, yubilyarın xanımı və nəvələri iştirak etmişlər.
YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov Xanoğlan Ağayevlə söhbətində qeyd etmişdir ki, yubilyar uzun illər kənddə avtobus sürücüsü işləməklə yanaşı əhalinin hörmət etdiyi şəxs olmuşdur. Qasım Qasımov daha sonra yubilyarı təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər arzulamışdır.
Görüşün sonunda partiya veteranı Xanoğlan Ağayevə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 70 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edilmişdir.
Xanoğlan Ağayev göstərilən diqqət və qayğıya görə Prezident,Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə, çox hörmətli Mehriban xanım Əliyevaya və YAP Mərkəzi Aparatının rəhbərliyinə təşəkkürünü bildirmiş,Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.
Yubiliyarla xatirə şəkilləri çəkilmişdir.

Digər xəbərlər