Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatının fəal üzvü, gənc yaşlarında partiyaya üzv olub bu günə kimi partiyanın apardığı siyasəti dəstəkləyən, rayonumuzun tanınmış ziyalısı Əliyev Sərvər Məlikməmməd oğlunun 55 illik yubileyi münasibətilə onunla görüş keçirildi. YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov yubilyarı yubileyi münasibətilə səmimi qəlbdən təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzuladı. Bildirdi ki, ömrünü yaşadığı kəndin uşaqlarının təhsil almasına sərf etmiş Sərvər Əliyev bu fəaliyyəti ilə yanaşı uzun illər partiyanın təyin etdiyi siyasətin rayonumuzda həyata keçirilməsində fəal iştirak etmişdir. Respublika səviyyəli tədbirlərdə rayonumzu layiqincə təmsil etmişdir.
Sərvər Əliyev sonda ona göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının kollektivinə minnətdarlığını bildirmiş, gələcəkdə də partiyanın fəaliyyətində fəal iştirak edəcəyini qeyd etmişdir.
YAP Yardımlı rayon təşkilatı tərəfindən yubliyara fəxri fərman və hədiyə təqdim olunmuşdur.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatmışdır.
2024-cü ildə bu ölkənin seminariyalarında təxminən 4150 gələcək keşiş təhsil alıb ki, bu da...
Səhiyyə Nazirliyi: Rusların qrip viruslarının yeni ştammlarına qarşı immuniteti yoxdur...
Onlar dünyanın ən güclü lazerindən istifadə ediblər...
Ürək və sümük sağlamlığı üçün...
Son söz sizindir...