PDF Oxu

Sosial

  • 923

Masallıda şəhid anası doğum günü münasibətilə evində ziyarət edilib - FOTO

image

Bəyalı Məmmədov Birinci Qarabağ savaşında Vətən, torpaq naminə düşmənlə son nəfəsinədək döyüşərək şəhidlik zirvəsinə ucalıb. Bu ölümsüzlüyə qovuşan qəhrəmanı dünyaya gətirən anası Tahirə Məmmədovanın 86 yaşı tamam oldu. İgid böyütdüyü oğlu ilə qürur duyan, el-obanın ən ləyaqətli ağbirçəyi kimi sayılıb-seçilən Tahirə ana Masallının Böyük Xocavar kəndində yaşayır. Doğum günü münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov və aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev evində onu ziyarət ediblər.
Görüş zamanı Tahirə Məmmədova doğum günü münasibətilə səmimi təbrik olunub, ona möhkəm cansağlığı, uzun ömür, firavan həyat arzulanıb. Rayon rəhbəri şəhid ailələrinin dövlətin daim diqqət və qayğısı ilə əhatə olunduğunu bildirərək, bu istiqamətdə həyata keçirilən sosial dəstək tədbirlərinin bundan sonra da davam etdiriləcəyini deyib. Daha sonra şəhid anasına gül dəstəsi və hədiyyələr təqdim olunub.
Səmimi görüşə və göstərilən diqqətə görə Tahirə Məmmədova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə dərin minnətdarlığını ifadə edərək təşəkkürünü bildirib.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər