PDF Oxu

Sosial

  • 891

Ağsaqqal olan yerdə... - FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının əməkdaşları rayon Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçiriblər. Görüş zamanı ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti, cəmiyyət həyatında ağsaqqalların rolu, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlər barədə geniş fikir mübadiləsi aparılıb.

YAP Lerik Rayon Təşkilatının nümayəndələri Ağsaqqallar Şurasının üzvlərinin rayonun tərəqqisi naminə həyata keçirilən ictimai təşəbbüslərdə fəal iştirakına yüksək qiymət verib və gələcəkdə də qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini dilə gətiriblər .

Ağsaqqallar Şurasının üzvləri isə ölkəmizdə aparılan uğurlu siyasətə bir qayda olaraq həmişə dəstək duracağına bildirib, milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə cəmiyyətdə sağlam mənəvi mühitin formalaşdırılması istiqamətində bundan sonra da öz töhfələrini verməyə hazır olduqlarını qeyd ediblər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər