Lerik Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının əməkdaşı Rühəngiz Quliyevanın iştirakı ilə kitabxananın xanım əməkdaşları üçün keçirilən görüş böyük maraqla qarşılanıb.
"Azərbaycanın siyasi həyatında qadınların rolu" adlandırılan görüşü açan Lerik Rayon Mərkəzi Kitabxanasının direktor əvəzi Şəlalə Ağayeva qadınların cəmiyyətin inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında və gələcək nəslin formalaşmasında mühüm rol oynadığını bildirib.
Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının əməkdaşı Rühəngiz Quliyeva isə çıxışında Azərbaycan qadınlarının dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ictimai-siyasi proseslərdə fəal iştirakı, eləcə onların ölkənin inkişafındakı xidmətləri haqqında ətraflı danışıb.
Həmçinin görüş zamanı mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçılar müasir dövrdə qadınların ictimai-siyasi həyatda artan rolundan, əldə etdikləri nailiyyətlərdən və gələcək perspektivlərdən söhbət ediblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü