Lənkəranda “Şəhərsalma və memarlıq ili” çərçivəsində aparılan bərpa-yenidənqurma işləri davam etdirilir. Belə ki, şəhərin Heydər Əliyev prospekti, akademik Zərifə Əliyeva, Paşa Təhməzov, Mirzə Məmmədhüseyn Axund, Tofiq Aslanov, Səttərxan, Əliağa Vahid, Məhəmməd Əsədov, Şirəli Axundov və digər küçələr, eləcə Həzi Aslanov parkı, Xocalı parkı, Əsgər Əliyev adına “Dostluq Parkı” və “Əfqanıstan Veteranları Parkı” hazırda əsl inşaat meydançasını xatırlayır. Ən əsası bütün işlər lənkəranlıların rahatlığı üçün görülür.
Görülən yüksək keyfiyyətli yenidənqurma işləri çərçivəsində parkların ərazisi tamamilə yeni dizaynda təmir olunur, müasir standartlara cavab verən tametlər qoyulur, səkilər insanların zövqünü oxşar düzəldilir, işin sürəti göstərir ki, çox keçməz parkların ərazisində daha rahat oturacaqlar qoyulacaq, işıq sistemində isə ən yeni texnologiyalar tətbiq ediləcək.
Şəhərin küçə və prospekt boyu aparılan yenidənqurma işləri hesabına çoxmərtəbəli binaların fasadları göz oxşayır, dam örtükləri yenisi ilə əvəzlənir, fərdi yaşayış evlərinin hasarları suvaqlanır, fasad örtükləri rənglənir, səki kənarlarında təhlükəsizliyi təmin etmək və estetik görünüş yaratmaq məqsədi ilə ən müasir dizaynda məhəccər və ya sərhəd divarları tikilir. Həmçinin aparılan abadlıq işləri çərçivəsində yaşıllıq zolaqlarının yenilənməsi, yerli iqlimə uyğun yeni ağac, gül kollarının əkilməsi və mövcud qurumuş bitkilərin, alaq otlarının təmizlənməsi həyata keçirilir.
Eyni zamanda, Lənkəran şəhərinin tarixi-mədəni irs abidəsi sayılan Dairəvi qalada təmir-bərpa işlərinə artıq start verilib, abidənin qorunması və estetik görünüşü istiqamətində müvafiq tədbirlər görülür.
Məlumat üçün bildirək ki, “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində kanalizasiya sisteminin yenidən qurulması, dövlət-özəl tərəfdaşlığı çərçivəsində yeni utilizasiya zavodunun tikintisinə də yaxın vaxtda başlanmaq nəzərdə tutulub.
Bir sözlə, cənub mirvarisi Lənkəran zəhmətkeş insanların əlləri ilə günü-gündən gözəlləşir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Monastır mahnıları ilin hitinə çevrildi...