Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən "Sağlam məhəllə" layihəsi çərçivəsində iyulun 3-də Naftalan, Samux, Mingəçevir şəhərlərində idman zonaları istifadəyə verilib.
Bu barədə SİA -ya Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Açılış mərasimlərində gənclər və idman naziri Fərid Qayıbov, müvafiq rayonların icra hakimiyyətlərinin başçıları, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər və gənc idmançılar iştirak ediblər.
Hər bir "Sağlam məhəllə"də minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb. Nazir Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla və məhəllə sakinləri ilə söhbət edib.
Qeyd edək ki, indiyədək Bakı şəhərində və müxtəlif rayonlarda 21 "Sağlam məhəllə" layihəsi icra edilib.
2024-cü ildə bu ölkənin seminariyalarında təxminən 4150 gələcək keşiş təhsil alıb ki, bu da...
Səhiyyə Nazirliyi: Rusların qrip viruslarının yeni ştammlarına qarşı immuniteti yoxdur...
Onlar dünyanın ən güclü lazerindən istifadə ediblər...
Ürək və sümük sağlamlığı üçün...
Son söz sizindir...