Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının qərargahında partiyanın uzunillik üzvü Fərman Rəhimovun anadan olmasının 75 illik yubileyi münasibətilə görüş keçirilib.
YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, təşkilatın əməkdaşı Elman Rəcəbov, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov çıxışlarında yubilyarı 75 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür, gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Həmçinin görüşdə yubilyarın uzun illər ərzində Yeni Azərbaycan Partiyasının sıralarında göstərdiyi səmərəli fəaliyyəti, rayonun ictimai həyatındakı xidmətləri və cəmiyyət arasında qazandığı hörmət yüksək qiymətləndirilib.
Öz növbəsində Fərman müəllim ona göstərilən diqqətə, ünvanına səsləndirilən xoş sözlərə və səmimi təbriklərə görə minnətdarlığını bildirib.
Tədbirin sonunda yubilyara rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına, 75 illik yubileyi münasibətilə YAP Lerik rayon təşkilatı tərəfindən Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunub.
Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü