Rusiyada miqrantlar əleyhinə qanunlar durmadan sərtləşdirilir. Belə ki, Rusiya Dövlət Duması plenar iclasında yekun üçüncü oxunuşda Daxili İşlər Nazirliyinin əmək miqrasiyasına nəzarət sahəsində səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən qanun qəbul edib. Bu qanunla nazirlik artıq ixtisaslı xarici mütəxəssislər üçün peşə siyahılarının təsdiq edilməsində Rusiya Əmək Nazirliyinin funksiyalarını öz üzərinə götürəcək.
Yeni qaydalara əsasən, Rusiya Daxili İşlər Nazirliyi əcnəbilərə sadələşdirilmiş prosedurla ölkədə yaşayış icazəsi almaq hüququ verən peşə siyahılarını müəyyən edəcək. Nazirlik həmçinin regionlar üzrə müəyyən edilmiş kvotalardan kənarda işə götürülə bilən mütəxəssislərin siyahılarını da hazırlayacaq. Daxili İşlər Nazirliyi habelə Əmək Nazirliyinin razılığı ilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsi və ya müvəqqəti yaşayış icazəsi verildiyi bölgədən kənarda işləməyə icazə vermək hüququna da sahibdir.
Bildirilir ki, bu cür qərarlar qəbul edilərkən Rusiya regionları arasındakı iqtisadi əlaqələr nəzərə alınacaq.
Mətləb
Mütəxəssislərin fikrincə, xarakter və zəka bir valideyndən dəyişməz şəkildə ötürülə bilməz...
Onun imkanlarının yalnız 10 faiz araşdırılıb. Texnologiya onun sərhədlərini necə genişləndirə bilər?
İslam təqviminin ikinci ayı haqqında bilməli olduğunuz şeylər...