Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində, Lökbatan qəsəbəsi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. Bu barədə mətbuata Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, məhdudiyyət iyulun 10-u saat 22:00-dan iyulun 11-i saat 07:00-dək, həmçinin iyulun 11-i saat 22:00-dan iyulun 12-si saat 07:00-dək qüvvədə olacaq.
Sürücülərə yaranacaq müvəqqəti narahatlığı nəzərə alaraq anlayış göstərmələri və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Mətləb
2024-cü ildə bu ölkənin seminariyalarında təxminən 4150 gələcək keşiş təhsil alıb ki, bu da...
Səhiyyə Nazirliyi: Rusların qrip viruslarının yeni ştammlarına qarşı immuniteti yoxdur...
Onlar dünyanın ən güclü lazerindən istifadə ediblər...
Ürək və sümük sağlamlığı üçün...
Son söz sizindir...