Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı və Astara Gənclər evi sosial xidmət müəssisəsinin dəstəyi sayəsində Astara Rayon Mədəniyyət Mərkəzində təşkilatçı, dərziçilik üzrə usta Gülayə Quliyevanın, Astara rayonu Kijəbə qəsəbəsində Lovayın Mədəniyyət Evinin metodisti və xalçaçılıq dərnəyinin rəhbəri Rəna Hüseynovanın ustad dərsi nümunəsində “Xalq sənətkarlıq zonası” layihəsi çərçivəsində tədbir təşkil olunub. Gəncləri xalq sənətkarlıq nümunələri ilə tanış etmək olan tədbir zamanı iştirakçılar üçün ustad dərsləri keçirilib, gənclər xalça toxuma və dərziçilik texnikası ilə yaxından tanış olublar.
Əsas məqsədi milli-mədəni irsimizin qorunması, xalq sənətkarlığı ənənələrinin yaşadılması və gənc nəslə ötürülməsinə töhfə vermək olan tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri, Astara Rayon Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev, Astara Rayon Mədəniyyət Mərkəzinin baş metodisti Kamran Fərziyev, Lovayın kənd Mədəniyyət Evinin direktoru Rövşən Hacıyev iştirak ediblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Psixoloqlar deyirlər ki, yaxınlarınızla münasibətlər ən vacib amildir...
Rəqəmsal mühit müasir insanlara necə təsir edir?