Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva, təşkilatın əməkdaşları təşkilatın veteran üzvü Hüseynov Yadulla Pencalı oğlunu 75 illik yubileyi münasibəti ilə rayonun Qarabağlar kəndində ziyarət ediblər. Sevda Quluyeva partiya veteranını təbrik edərək, ona xoş arzularını çatdırıb, yubliyara fəxri fərman və xatirə hədiyyəsi təqdim olunub.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləyən partiya veteranı göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasnın sədri cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlığını bildirib, partiyaya fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Daha sonra çay süfrəsi arxasında partiya veteranının həyat və fəaliyyəti haqqında xoş xatirələri dinlənilib.