Azərbaycan Hava Yollarının 14 iyul 2026-cı il tarixinə planlaşdırılan J2 – 8048 nömrəli Trabzon-Bakı reysi texniki nasazlıq səbəbindən təxirə salınıb. SİA-nın məlumatına görə, bu barədə "Operativ Media"ya cavab olaraq AZAL-dan bildirilib. Qeyd olunub ki, sözügedən reysin sərnişinlərinin 15 iyul tarixində həyata keçiriləcək reys vasitəsilə daşınması nəzərdə tutulur.
Uçuşu gözləmə müddətində sərnişinlərə aviaşirkətin qaydalarına uyğun xidmət göstərilib. Əlavə məlumat əldə etmək üçün sərnişinlər [email protected] elektron poçtu vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.
Mətləb
Onun imkanlarının yalnız 10 faiz araşdırılıb. Texnologiya onun sərhədlərini necə genişləndirə bilər?
İslam təqviminin ikinci ayı haqqında bilməli olduğunuz şeylər...