PDF Oxu

Sosial

  • 493

Uşaqlarda zəka necə formalaşır..?

Mütəxəssislərin fikrincə, xarakter və zəka bir valideyndən dəyişməz şəkildə ötürülə bilməz...

image

...Zəkanın əsasən anadan ötürüldüyü iddiaları yalan və mifdir. SİA-nın məlumatına görə, bunu genetika üzrə mütəxəssis Konstantin Krutovski bunu Gazeta.ru-ya verdiyi müsahibədə bildirib.

...Əslində işlər daha mürəkkəbdir. Bəli, bəzi koqnitiv genlər həqiqətən də X xromosomunda yerləşir. Lakin əksər zəka genləri autosomlarda (cinsiyyətsiz xromosomlar) yerləşir və ata ilə ananın töhfəsi təxminən bərabərdir, - deyə o izah edib. Ekspert bildirib ki, genlər zəkaya (IQ), şəxsiyyətə və ruhi pozğunluqlar riskinə təsir göstərir, lakin bunlar DNT ilə ətraf mühit arasındakı mürəkkəb qarşılıqlı təsirin nəticələridir. Mütəxəssis vurğulayıb ki, xarakter və zəka bir valideyndən "hazır paket kimi" ötürülə bilməz.

Krutovski qeyd edib ki, zəka müəyyən bir gendən deyil, minlərlə müxtəlif genetik variantdan asılıdır.

Onun sözlərinə görə, uşağın IQ-sinin yalnız 20-40%-i genlərlə bağlıdır, qalan hissəsi isə ətraf mühitin təsirlərinin nəticəsidir.

...Dəyişiklikləri idrak qabiliyyətləri, yaddaş və diqqət ilə əlaqəli olan bir neçə yaxşı öyrənilmiş gen var, məsələn, CHRM2 (ürək döyüntüsü və idrak proseslərinin tənzimlənməsi üçün vacibdir), BDNF (öyrənmə, yaddaş və adaptasiya üçün vacibdir) və COMT (idrak funksiyalarına, emosiyalara, stressə davamlılığa və davranışa təsir göstərir), - deyə o bildirib.

Lakin alim əlavə edib ki, bu genlərin heç biri insan zəkasından müstəqil şəkildə məsul deyil.

Əli Babayev

Digər xəbərlər