Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, leysan xarakterli intensiv yağış yağıb.
SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 18-i saat 10:00-a olan məlumatında qeyd edilib.
Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 29, Şəkidə 4, Gədəbəydə 2, Şahbuz, Sədərək, Daşkəsən, Tərtər, Mingəçevir, Yevlax, Neftçala, Qusar, Balakən, Zaqatala, Oğuz, Şahdağ, Lənkəran, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dir.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 37, dağlıq rayonlarda 25 dərəcəyədək isti müşahidə olunub.
Onlar dünyanın ən güclü lazerindən istifadə ediblər...
Ürək və sümük sağlamlığı üçün...
Son söz sizindir...
Kosmosdan balta: alimlər bir artefakt tapdılar və onun yerüstü mənşəyini müəyyən etdilər...