PDF Oxu

Sosial

  • 535

Subsidiya mexanizmində əsas hədəf məhsuldarlığın artırılmasıdır - ŞƏRH

image

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı aqrar sahədə yeni inkişaf mərhələsinin əsasını qoyur. Proqramın əsas istiqamətlərindən biri rəqabətqabiliyyətli və yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığın inkişafıdır.

Subsidiya siyasətində əsas diqqət yalnız ayrılan vəsaitin həcminə deyil, onun məhsuldarlığın və səmərəliliyin artırılmasına xidmət etməsinə yönəldilməlidir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sentyabrın 8-də verdiyi açıqlamada müasir suvarma sistemlərinin, aqrotexniki qulluğun və sertifikatlı toxum istifadəsinin təşviq ediləcəyi bildirilib.

Müasir kənd təsərrüfatında əsas hədəf daha çox torpaq sahəsi əldə etmək deyil, mövcud torpaq və su resurslarından səmərəli istifadə etməklə yüksək məhsuldarlığa nail olmaqdır. Xüsusilə kiçik pay torpaqlarında müasir texnologiyaların və düzgün aqrotexniki qulluğun tətbiqi mühüm əhəmiyyət daşıyır.

Kiçik torpaq sahiblərinin könüllü əsaslarla kooperasiya şəklində fəaliyyəti texnika və suvarma imkanlarının birləşdirilməsinə, keyfiyyətli toxum və aqrotexniki xidmətlərə çıxışın asanlaşmasına, məhsul satışının daha səmərəli təşkilinə imkan yarada bilər.

Nəticə olaraq, subsidiya mexanizminin əsas prinsipi “daha çox vəsait deyil, daha yüksək nəticə” olmalıdır. Dövlət dəstəyi müasir texnologiyaları tətbiq edən, torpaq və su resurslarından səmərəli istifadə edən, suya qənaət edən və yüksək məhsuldarlıq yaradan təsərrüfatlara yönəlməlidir.

Bu yanaşma intensiv, rəqabətqabiliyyətli və dayanıqlı kənd təsərrüfatının inkişafına mühüm töhfə verə bilər.

Vidadi Quliyev

"Muğan Düzü" Sosial İnkişaf İctimai Birliyin sədri

Digər xəbərlər