Ölkə rəhbəri İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı əsasında təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev rayon ərazisində fəaliyyət göstərən iri fermer təsərrüfatlarına və yeni intensiv meyvə bağlarına baxış keçiriblər.
Baxış zamanı müəssisələrin mövcud fəaliyyəti, istehsal imkanları, məhsuldarlığın artırılması, daxili bazarın yerli məhsullarla təminatında rolu və fəaliyyətinin gələcəkdə genişləndirilməsi, rayonun özünütəminetmə səviyyəsinin yüksəldilməsi istiqamətində görülməsi işlər barədə ətraflı danışılıb.
Daha sonra sahibkarların və fermerlərin təklif və müraciətləri dinlənilib. Dövlət tərəfindən aqrar sektorun inkişafına göstərilən dəstək, tətbiq olunan subsidiya, güzəştli maliyyələşmə və digər dəstək mexanizmləri kənd təsərrüfatı istehsalının genişləndirilməsinə, yeni təsərrüfatların yaradılmasına və sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına mühüm töhfə verdiyi deyilib. Sahibkarların problemlərinin dinlənilməsi, təşəbbüslərinin dəstəklənməsi, onların müraciətlərinin operativ şəkildə araşdırılması və aidiyyəti qurumlarla birgə zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılacağı bildirilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü