PDF Oxu

Sosial

  • 798

Sülh mədəniyyəti və milli-mənəvi dəyərlərimiz - FOTO

image

Sülh Aylığı çərçivəsində Lerik rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Rayon Heydər Əliyev Mərkəzində təşkil edilən “Sülh mədəniyyəti və milli-mənəvi dəyərlərimiz” mövzusunda dəyirmi masanın əsas məqsədi cəmiyyətdə sülh, həmrəylik, qarşılıqlı hörmət və tolerantlıq dəyərlərinin təbliği, eləcə sülh mədəniyyətinin formalaşdırılmasının əhəmiyyətinin diqqətə çatdırılması olub.

Tədbir zamanı sülhün cəmiyyətin davamlı inkişafı üçün əhəmiyyəti, milli-mənəvi dəyərlərin sülh mədəniyyətinin formalaşmasındakı rolu, qarşılıqlı hörmət, humanizm, mərhəmət, tolerantlıq və həmrəylik kimi dəyərlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Çıxışlarda Azərbaycan xalqının tarixən formalaşmış zəngin milli-mənəvi irsinin gənc nəslin vətəndaşlıq və mənəvi tərbiyəsində mühüm əhəmiyyət daşıdığı deyilib. Həmçinin o da bildirilib ki, sülh mədəniyyətinin təşviqi yalnız münaqişələrin qarşısının alınması deyil, həm də insanlar arasında anlaşma, dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq mühitinin gücləndirilməsidir.
Tədbir iştirakçıları mövzu ətrafında fikirlərini bölüşüb, sülhün və milli həmrəyliyin qorunmasında hər bir şəxsin, xüsusilə gənc nəslin üzərinə düşən məsuliyyət barədə müzakirələr aparıblar.
Məlumat üçün bildirək ki, “21 sentyabr – Beynəlxalq Sülh Günü “ hər il sülh və zorakılığın dayandırılması ideyalarının təbliği məqsədilə qeyd olunur.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər