PDF Oxu

Sosial

  • 1 144

Lerikdə “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib - FOTO

image

18 sentyabr 2026-cı il tarixində Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon mədəniyyət evinin və rəsm qalereyasının tərəfdaşlığı ilə Azərbaycanda 21 avqust – 21 sentyabr tarixlərinin “Sülh Aylığı” elan edilməsi münasibətilə tədbir baş tutub.
Tədbirdə əvvəlcə yeniyetmə və gənclərin “Sülh” mövzusunda hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçirilib, gənc nəslin sülh, həmrəylik, dostluq və qarşılıqlı anlaşma ilə bağlı düşüncələrini əks etdirən rəsm və digər əl işləri sərgidə nümayiş olunub.
Tədbirin açılışında sülhün və əmin-amanlığın bəşəriyyət üçün mühüm dəyər olduğunu vurğulayan Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, həm də
gənc nəslin sülh mədəniyyətinin formalaşdırılmasında rolundan danışıb.
Daha sonra Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı Ramin Ağayevin “Azərbaycanın regional və qlobal səviyyədə sülh və sabitliyin təşviqinə verdiyi töhfə, cənab Prezident tərəfindən müvafiq istiqamətdə aparılan fəaliyyət” adlı məruzəsi dinlənilib.
Digər natiqlər- Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, Azərbaycan Qarabağ Müharibəsi Əlillləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, şəhid atası Mükafat Yaqubov Azərbaycanın regional və qlobal səviyyədə sülh, təhlükəsizlik, dialoq və əməkdaşlığın təşviqinə verdiyi töhfələrdən söhbət açıblar, sülh mədəniyyətinin, xüsusilə yeniyetmə və gənclər arasında təbliğinin, insan hüquqlarına və bərabərlik prinsiplərinə olan hörmətin, tolerantlıq və multikulturalizm dəyərlərinin əhəmiyyətinə toxunublar.
Tədbirin yekununda Arzu Vəliməmmədova çıxışında iştirakçılara təşəkkür edib, “Sülh Aylığı” çərçivəsində rayonda keçirilən belə tədbirlər cəmiyyətdə sülh, həmrəylik, qarşılıqlı hörmət və anlaşma dəyərlərinin təbliğinə xidmət göstərdiyini bildirib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər