Azərbaycanın gələcəyinə işiq tutan qabaqcıl təhsil ocaqlardan biri də Astara Pedaqoji Kollecidir. Kollecin direktoru, professor, şəhid atası Kamran Kazımov, onun müəllim kollektivi özlərini daim xalqa, Vətənə borclu bilir, bilik və bacarığını, qəlbinin hərarətini xoş günlər naminə əsirgəmirlər . Nəticə də kolleci bitirən gənclər savadlı, vətənpərvər olur, cəmiyyətə daha çox xeyir verirlər.
Təhsil ocağında vaxtaşırı keçirilən tədbirlərin səmərəliyinə də xüsusi diqqət verilir. Bu baxımında “20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə təşkil olunan tədbir tələbələr tərəfindən maraqla qarşılandı.
Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş Vətən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması və Dövlət Himnin səsləndirilməsi ilə başlanan tədbirdə kollecin "Humanitar fənlər" fənn birləşməsinin tarix müəllimi Şükran Şabanov çıxış edərək “20 Sentyabr – Dövlət Suverenliyi Günü”nün tarixi əhəmiyyətindən, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının xalqımız üçün daşıdığı milli əhəmiyyətdən danışdı.
Daha sonra Azərbaycanın suverenliyinin bərpası ilə nəticələnən tarixi hadisələri əks etdirən video-çarx nümayiş olundu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü