Cəlilabad rayonundakı qədim Xudutəpə yaşayış yerində aparılan qazıntılar zamanı ocaq yerləri aşkarlanıb. Tunc–Erkən Dəmir dövrü Muğan arxeoloji ekspedisiyasının rəhbəri, dosent Anar Ağalarzadə bildirir ki, çoxtəbəqəli Xudutəpə yaşayış yerində diametri 40–45 santimetr olan gildən hazırlanmış ocaqlar və onların qalıqları tapılıb. Həmin ocaqlardan yemək hazırlanması üçün istifadə edildiyini ehtimal edilir. Uzun müddət istifadə olunması nəticəsində ocaqların daxilində nazik kül təbəqəsi yaranıb. Güman var ki, tapıntılar Son Tunc–Erkən Dəmir dövründə məişətdə istifadə olunub.
Məlumat üçün deyək ki, ərazidə arxeoloji qazıntılar hazırda davam etdirilir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü