Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar qəbul-görüşünü Qosmalıan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Hiveri, Qosmalıan, Çökərə, Digah, Divağac, Hoveri, Qələsər, Lələhiran, Şonaçola, Tatoni kəndlərinin, eləcə Pirəsora kənd inzibati ərazi dairəsi üzrə Pirəsora, Büzeyir kəndlərinin sakinləri ilə keçirib. Görüşdə rayon icra hakimiyyəti aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə, müəssisə və təşkilatların nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda çıxışı zamanı rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Onu da bildirib ki, bu görüşlərin təşkilində əsa məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olmaqdır.
Sərbəst şəkildə danışan kənd sakinləri onları narahat edən sosial və şəxsi xarakter daşıyan, eyni zamanda qarşıdan gələn qış günlərində çətinlik yarada biləcək bir sıra məsələlərə toxunublar .
İcra başçısı yerli sakinlər tərəfindən qaldırılan bütün istək və qayğılarını dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həllinə dair göstərişlərini verib, icra hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlər qeydə alınıb, barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin olunmasını tapşırıb.
Səyyar görüş sakinlər tərəfindən razılıqla qarşılanıb, vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin hörmət və ehtiramlarını bildiriblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
“Bütün ölkəni sağaldan” şəfaçı, demək olar ki, heç bir miras qoymayıb..?
Qalanları isə əlavə iş saatları ilə işləməyə məcbur edirlər...
Niyə peşədə ciddi kadr çatışmazlığı var...
2024-cü ildə bu ölkənin seminariyalarında təxminən 4150 gələcək keşiş təhsil alıb ki, bu da...
Səhiyyə Nazirliyi: Rusların qrip viruslarının yeni ştammlarına qarşı immuniteti yoxdur...