PDF Oxu

Sosial

  • 903

Təhsil- tələbə kreditinin ayrılmasında məqsəd - FOTO

image

Bu mövzuda Astara Pedaqoji Kollecində maarifləndirici sessiya keçirilib
Təhsil Tələbə Krediti Fondunun Sosial media üzrə baş mütəxəssisi Mirşahin Abdullayev mövzu ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. Bildirib ki, təhsil- tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması, əhatə dairəsinin genişləndirilməsidir. Kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə verilir.
O da məlum olsun ki, kredit Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, sosial və standart olmaqla iki növü mövcuddur. Güzəştli şərtlərlə verilən sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrdən olan tələbələr istifadə edə bilər. Burada faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbənin krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarılır.
Həmçinin tədbir iştirakçıları təhsil tələbə kreditlərinin verilməsi, tələbə portalından istifadə qaydaları haqqında ətraflı təlimatlandırılıb, onlara kimlərin hansı hallarda, hansı şərtlər və güzəştlərlə tələbə kreditindən yararlana biləcəyi geniş izah edilib.
Sonda iştirakçıları ən çox düşündürən suallar cavablandırılıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər