Astara rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar “Etnik azlıq və qrupların mədəni irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi” mövzusunda təşkil olunan sərgi və tədbirdə Astara Pedaqoji Kollecinin müəllim və tələbələri iştirak ediblər.
Mərkəzinin direktoru Kübra Səmədova tədbirdə çıxışı zamanı deyib:- Görkəmli siyasi xadim, Müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində ölkəmizin ərazisində yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların həyatında, eləcə onlara münasibətdə yeni bir dönəm başladı. Mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması Azərbaycanın dövlət siyasətində öz əksini tapdı. UNESCO-nun 20 oktyabr 2005-ci il tarixli "Mədəni özünümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya" ya uyğun olaraq Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti, incəsənəti, adət-ənənələri, dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır. Dövlət başçısı cənab İlham Əliyevin 2009-cu il 26 noyabr tarixində imzaladığı Qanunla ölkəmiz sözügedən Konvensiyaya qoşulub.
Mövzu ətrafında digər çıxışlar da dinlənilib, ardınca videoçarx nümayiş olunub.
Sonda tədbir iştirakçıları Mərkəzin “Rəssamlıq” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
“Bütün ölkəni sağaldan” şəfaçı, demək olar ki, heç bir miras qoymayıb..?