Bu günlər yolum Xəzər Tibb Mərkəzinə düşmüşdü. Burada həkimlərin qəbuluna anaların qucağında gələn 6-18 aylıq balaca fidanlar pasiyentlər arasında üstünlük təşkil edirdi. Öyrəndim ki, analar sağlamlıq ocağına körpələrini peyvənd olunması üçün gətiriblər. İşin gedişinə Xəzər Tibb Mərkəzinin direktoru Mübariz Ağayev nəzarət edirdi. Peyvəndlərin əhəmiyyəti ilə maraqlananda Mübariz həkim dedi:- Uşaqların vaxtında peyvənd olunması onları bir sıra yoluxucu xəstəliklərdən qoruyur. Belə ki, peyvəndlər immun sisteminin müəyyən infeksiyalara qarşı müdafiə qabiliyyətini gücləndirir, nəticədə yarana biləcək hər hansı xəstəliyin ağırlaşma riskini aradan qaldırır.
Müsahibim onu da bildirdi ki, uşaqlar 6, 12 və 18 aylıqda mütləq peyvənd olmalıdır. 6 aylıq peyvənd pnevmokok (Pk) vaksini pnevmokok bakteriyaların səbəb olduğu pnevmoniya, meningit və digər ağır infeksiyaların qarşısını alır. Həm də OPV (poliomielit əleyhinə vaksin) isə sinir sisteminə təsir edərək iflicə səbəb ola bilən poliomielitə qarşı müdafiəni möhkəmləndirir.
12 aylıqda olan uşaqlar QPM vaksini - qızılca, epidemik parotit və məxmərək xəstəliklərinə qarşı peyvənd edilir. 18 aylıq uşaqların peyvəndinə gəldikdə isə bu zaman GDT vaksini - difteriya, göyöskürək və tetanusa qarşı immun müdafiəsni gücləndirmək üçün olduqca vacibdir. Həmçinin poliomielit əleyhinə vaksin insan sağlamlığını poliomielitə qarşı müdafiə edir .
Uşaqların sağlam böyüməsi üçün valideyn onların peyvənd təqvimini izləməli, vaxtında həkimlərə xəbər verməlidir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birlinin üzvü
Science: Dünya əhalinin həddindən artıq çoxluğu səbəbindən 13 noyabr 2026-cı ildə sona çatacaq...
Kreml Ümumdünya Səhiyyə Təşkilatının sorğusuna dəqiq cavab verməyib...