Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının ərazi partiya təşkilatında VIII Qurultayın yekunlarına həsr olunmuş silsilə tədbirlər davam edir.
Astara Pedaqoji Kollecində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov tədbirin giriş sözündə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqində müəyyənləşdirilən əsas istiqamətlər, partiyanın qarşısında duran yeni vəzifələr və ideoloji fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasının əhəmiyyəti barədə danışıb. O, qurultayda səsləndirilən fikirlərin partiyanın yerli təşkilatları və ərazi partiya təşkilatları tərəfindən dərindən öyrənilməsinin, qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən qurultay nümayəndələri, Astara Pedaqoji Kolleci üzrə ərazi partiya təşkilatının sədri Prof. Kamran Kazımov, kollecin müəllimi Nisa Əskərova, “Məktəbəqədər təhsil” ixtisasının III kurs tələbəsi Gülarə İbrahimova və digər natiqlər cənab İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələrin mahiyyəti, milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması məsələlərinə toxunub, müəyyənləşdirilən prioritetlərin yerinə yetirilməsində hər bir partiya üzvünün üzərinə mühüm məsuliyyət düşdüyünü bildiriblər.
Tədbir zamanı tələbələr də müzakirələrə qoşularaq mövzu ilə bağlı fikir mübadiləsi aparıblar. Onların müzakirələrdə iştirakı gənclərin ictimai-siyasi proseslərə marağının artırılması, dövlətçilik dəyərlərinin və vətənpərvərlik ruhunun təşviqi baxımından əhəmiyyətli olub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Science: Dünya əhalinin həddindən artıq çoxluğu səbəbindən 13 noyabr 2026-cı ildə sona çatacaq...