PDF Oxu

Sosial

  • 5

“Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının strateji inkişafı”

“Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının strateji inkişafı”
Təhsil nazirliyində "Valideyn-Müəllim Assosiasiyası və təhsil islahatları" mövzusunda keçirilən konfransda çıxış edən təhsil naziri Misir Mərdanov təşkilatın xətti ilə həyata keçirilən layihələr barədə məlumat verdi. M.Mərdanov bildirdi ki, 2002-ci ildə YUNİSEF-in və təhsil nazirliyinin "Ümidli gələcək" gənclər təşkilatının birgə layihəsi əsasında təşkil olunan Milli Valideyn-Müəllim Assosiasiyası valideyn və müəllimlərin könüllü birləşməsi nəticəsində yaranan ictimai qurum olsa da təhsil islahatlarının həyata keçirilməsində fəal iştirak edir.
"Hazırda respublikanın 1000-dən çox məktəbində fəaliyyət göstərən assosiasiya tərəfindən həyata keçirilən layihələr təhsildə keyfiyyətin əldə olunmasının əsas amillərindən olan məktəb- valideyn-şagird münasibətlərinin möhkəmlənməsinə xidmət edir" söyləyən Misir Mərdanov qurumun əsas fəaliyyət istiqamətləri barədə də danışdı.
Keçirilən tədbirlər barədə məlumat verən nazir açıqlamasında vurğuladı ki, təhsil nazirliyi, YUNİSEF və VMA -nın dəstəyi ilə Füzuli, Lənkəran və Quba rayonlarında "Uşaqlar üçün yararlı məktəblər konsepsiyası " həyata keçirilibdir. Davam edən layihəyə uyğun olaraq, BMT-nin Ümumdünya Ərzaq Proqramnın dəstəyi ilə Mingəçevir, İmişli, Yevlax və Ağdam rayonlarında birliklərin yaradılması layihələri başa çatdırılıb.
Kofransda çıxış edən YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervard respublikada son illərdə həyata keçirilən təhsil islahatlarını yüksək qiymətləndirərək, uşaq maraqlarının inkişaf, təmin və təsdiq edilməsi üçün yaradılan VMA ilə əlaqələrin uğurlu olduğunu vurğuladı. "Məktəb uşağın dostudur" layihəsinin həyata keçirilməsində bilavaitə iştirak edən VMA-lar beynəlxalq səviyyədə özünü doğruldaraq artıq formalaşmış bir qurum kimi təbliğ olunur" söyləyən YUNİSEF-in nüməyəndəsi davamlı inkişaf etdirilən assosiasiyanı müəllim-valideyn əməkdaşlığının ən səmərəli metod, idarəetmə təcrübəsinə əsaslanan ictimai qurum adlandırdı.
Təhsil naziri M.Mərdanov və Azərbaycan Milli VMA-nın icraçı direktoru Təranə Şərifova əməkdaşlıq Memorandumu imzaladılar. Assosiasiyanın işində fərqlənən üzvlər TN-nin Fəxri Fərman və "Qabaqcıl təhsil işçisi" döş nişanları ilə təltif olundular.
Sonda qarşıdakı illər üçün nəzərdə tutulan layihələrin təqdimat mərasimi keçirildi.

Digər xəbərlər