PDF Oxu

Sosial

  • 14

YAP-ın uğurlarının arxasında xalqın inamı və dəstəyi dayanır

YAP-ın uğurlarının arxasında xalqın inamı və dəstəyi dayanır
Dünən Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatı rayon mədəniyyət evində bələdiyyə seçkilərində namizədliyi qeydə alınmış partiya üzvləri ilə seçicilərin növbəti görüşünü keçirdi. Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək, "partiyamızın digər yerli strukturları kimi, YAP Şəmkir rayon təşkilatı da bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşır" fikrini söylədi.
F.Vəliyev bildirdi ki, 125 ilk partiya təşkilatının tərkibində 7648 nəfər partiya üzvünü özündə birləşdirən YAP Şəmkir rayon təşkilatında 2343 nəfəri gəclər təşkil edir: "Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatı prezident, parlament, bələdiyyə seçkilərində əhali ilə münasibətini yüksək səviyyədə qurmaqla, nəticədə seçkilərdə tam qələbə əldə edildi. Belə ki, 98 saylı Şəmkir şəhər seçki dairəsinin əhatə etdiyi 33 seçki məntəqəsində 99 saylı Şəmkir kənd seçki dairəsinin əhatə etdiyi 36 seçki məntəqəsində, 100 Şəmkir-Daşkəsən seçki dairəsinin əhatə etdiyi 29 seçki məntəqəsində və 102 saylı Samux-Şəmkir seçki dairəsinin əhatə etdiyi 7 seçki məntəqəsindən səsvermə hüququna malik olan 99188 min seçicinin siyahılarının dəqiqləşdirlməsi ilə əlaqədar işlər davam etdirilir. Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı tərəfindən 46 bələdiyyəyə 416 nəfərin namizədliyi irəli sürülüb ki, onların 141 nəfəri, yəni 33 faizi qadınlar, 132 nəfərini, yəni 29 faizini gənclər təşkil edir. Ölkəmizin ictimai-siyasi həyatında böyük rol oynayan bələdiyyə seçkilərinin birinci mərhələsi olan imzatoplama kampaniyası uğurla başa çatdırılıbdır".
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, YAP-ın səlahiyyətli nümayəndəsi, millət vəkili Mübariz Qurbanlı çıxış edərək yerli özünüidarəetmə orqanlarının demokratik cəmiyyətin əsas atributlarından biri olduğunu bildirdi. M.Qurbanlı bu quruma partiyanın irəli sürdüyü namizədlərin bələdiyyələrdə təmsil olunmağa layiqli insanlar olduğunu söylədi: "Partiyamız bütün seçkilərdə uğur qazanır. Bunun səbəbi YAP-ın Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanması və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdir. YAP bu seçki kampaniyasının da uğurla keçəcəyinə inanır və hesab edir ki, apardığımız işlər, malik olduğumuz bütün resurslar, o cümlədən, partiyamızın nüfuzu YAP-ın bu seçkilərdə qalib gəlməsi üçün əsas verir. Çünki YAP ölkədə həyata keçirilən siyasətin ən fəal təbliğatçısı və iştirakçısıdır. Partiyamız tərəfindən irəli sürülən namizədləri isə layiqli və kifayət qədər nüfuzlu insanlardılar. Məhz ona görə də, mən bütün Şəmkir rayon seçicilərini YAP-ın namizədlərinə səs verməyə çağırıram".
M.Qurbanlı Yeni Azərbaycan Partiyasının təbliğata qanunla müəyyənləşmiş gündən "Xalqa xidmət naminə" devizi altında start verdiyini xüsusi vurğuladı: "Partiyamız bu seçkilərdə qarşısına bir sıra məqsədlər də qoyub. YAP yerli özünüidarəetmədə demokratikləşmənin dərinləşməsi, bələdiyyələrin fəaliyyətinin daha keyfiyyətli təmin olunması məqsədilə hüquqi bazanın möhkəmləndirilməsi, "Regionların Sosial İqtisadi İnkişafına dair Dövlət Proqramı"nın icrasında bələdiyyələrin fəal iştirakının təmin edilməsi, yerli resursların daha səmərəli şəkildə istifadəsinin təşkili, bələdiyyə ərazilərində maddi mədəniyyət abidələrinin qorunması, turizm potensialının inkişafı, buna paralel olaraq, bölgələrdə turizmin inkişafının təmin olunması və digər mühüm məsələlərin həlli dekabrın 23-də keçiriləcək seçkilərdən sonra formalaşacaq bələdiyyələrin əsas diqqət ayırmalı olduğu başlıca vəzifələrdir".
M.Qurbanlı bələdiyyə seçkilərində qadınlara və gənclərə daha çox yer verilməsini bu quruma yeni ruhun gətirilməsi kimi qiymətləndirdi: "Yeni ruh isə gəncliyin qüvvəsindən istifadə etməklə gətiriləcək".
Sonda tədbir iştirakçıları seçiciləri maraqlandıran sualları cavablandırıblar.

Digər xəbərlər