PDF Oxu

Sosial

  • 6

YAP-ın namizədləri inamlı qələbə qazanacaq

YAP-ın namizədləri inamlı qələbə qazanacaq
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Sənaye və Avtolaşdırma ASC-nin akt zalında seçicilərlə növbəti görüş keçirdi.
Tədbiri giriş sözü ilə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı açaraq, bildirdi ki, ötən 10 il ərzində bədlədiyyələr müəyyən təcrübə qazanıb: "Ancaq bununla belə, görülən işlər də çoxdur. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz inkişaf edir. Bütün bunlara baxmayaraq, bələdiyyələr əhalinin sosial məsələlərinin həllində yaxından iştirak etməlidir".
Tədbirdə çıxış edən bələdiyyə üzvlüyünə namizəd Rahib Hacıyev ölkəmizin günü-gündən inkişaf etdiyini bildirib. Onun dediyinə görə, bu inkişaf Ümumilli Liderimiz Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində baş verir: "Bu gün rayonumuzda aparılan abadlıq və quruculuq işləri bizi də sevindirir. Hazırda ölkəmiz böyük ictimai-siyasi hadisə- bələdiyyə seçkiləri ərəfəsindədir. Nəsimi rayon sakinləri istər parlament, istər prezident, istərsə də digər seçkilərdə həmişə aktivlik nümayiş etdirirlər. Əminəm ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində YAP-ın namizədləri inamlı qələbə qazanacaqlar. Bələdiyyə üzvlüyünə namizədlər Zəfər Qurbanov, Almara Paşayeva, Teymur Nəbiyev, Əziz Axundov, Aytəkin Xudafirimova, Gülnarə Abdullayeva və digərləri çıxış edərək, bildirdilər ki, həmişə seçici etimadı qazanacaqları təqdirdə, insanların qaldırdıqları problemlərin, məsələlərin həllində yardımçı olacaq, əlllərindən gələni bu 5 ildə əhalinin sosial-rifah halının yaxşılaşdırılamısı yolunda xidmətə sərf edəcəklər.

Digər xəbərlər