PDF Oxu

Sosial

  • 12

7-ci mikrorayon sakinləri YAP-ın namizədlərini dəstəkləyəcəklər

7-ci mikrorayon sakinləri YAP-ın namizədlərini dəstəkləyəcəklər
23 dekabr 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar, respublikanın bütün rayonlarında olduğu kimi, Binəqədi rayonunda da təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam etməkdədir.
Dünən 7-ci mikrorayon ərazisində yaşayan sakinləri ilə YAP tərəfindən irəli sürülmüş Binəqədi rayon namizədlərinin növbəti görüş keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov bələdiyyə seçkilərində ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin seçicilər tərəfindən yekdilliklə dəstəklənəcəyinə əminliyini bildirdi. Binəqədi rayonundan, bütövlükdə, 73 nəfərin namizədliyi irəli sürülüb və onlardan 16-sı qadın, 17-si isə gəncdir. N.Xəlilov qeyd etdi ki, bu seçkilərdə fəal və intellektual səviyyəyə malik olan bələdiyyələr əvvəlki seçkilərdən fərqli olaraq, əhalinin problemləri ilə daha yaxından tanış olaraq, onların məişət, sosial problemlərinin həllində xüsusi fəallıq göstərəcək və bu istiqamətdə öz səylərini əsirgəməyəcəklər. Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi onların qarşıdakı illərdə ölkə həyatının müxtəlif sahələrində aktiv iştirak etməsinə səbəb olacaq: "Hər zaman xalqın iradəsinə arxalanan aparıcı siyasi partiya olan Yeni Azərbaycan Partiyası bu dəfə də xalqın iradəsinə inanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşmişlər. Zaman özü sübut etdi ki, Yeni Azərbaycan Partiyası xalqın ona olan ümidlərini doğrultmuş və Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət etmişdir. Partiyamızın gücü məhz onun Ümummilli Lider Heydər Əliyev ideyaları ilə meydana gəlməsində, Azərbaycan xalqının mənafeyini hər şeydən uca tutmasındadır. Yeni Azərbaycan Partiyasının keçdiyi bütün çətin və ziddiyyətli yolda onunla birgə addımlamış, rayonda və ölkədə qazanılan uğurlara önəmli töhvələr vermişdir.
N.Xəlilov seçiciləri 23 dekabr bələdiyyə seçkilərində fəal olmağa və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülən partiya szvlərinə səs verməyə çağırdı.
Tədbirdə çıxış edən bələdiyyələrə namizədlərdən Məlahət Hüseynova, Vidadi Həsənov, Rüfət Fətullayev və başqaları onlara seçici dəstəyi göstəriləcəyi təqdirdə ərazilərin abadlığında, sosial-iqtisadi problemlərin həllində səylərini əsirgəməyəcəklərini söylədilər.
Seçici Musayev Allahverdi, Həsən Bayramoğlu və başqaları çıxış edərək, 23 dekabr bələdiyyə seçkilərinddə fəallıqla iştirak edərək, Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək verəcəklərini
bildirdilər.
Tədbirdə iştirak edən YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndələri, millət vəkilləri Madar Musayev və Rafael Cəbrayılov seçiciləri maraqlandıran sualları ətraflı şəkildə cavablandırdılar.

Digər xəbərlər