PDF Oxu

Sosial

  • 10

Azerfon media nümayəndələrinə 3G xidmətlərini tanıdır

Azerfon media nümayəndələrinə 3G xidmətlərini tanıdır
9 dekabr 2009-cu il tarixində Hyatt Regency otelində "Azerfon" şirkətinin təşəbbüsü ilə yaxın günlərdə Azərbaycanda 3G (üçüncü nəsil) texnologiyasına əsaslanan xidmətlərinin tətbiqinə dair dəyirmi masa keçirilmişdir. 3G texnologiyası üzrə bir çox ekspertlərin və media nümayəndələrinin iştirak etdiyi tədbirdə "Azerfon" şirkətinin tətbiqinə hazırlaşdığı "İnnovativ xidmətlərin əhaliyə əhəmiyyəti" mövzusunda geniş müzakirə olunmuşdu.
Şirkətinin 3G layihəsi üzrə rəhbəri Serc Arboqast dəyirmi masa iştirakçılarına "Azerfon"un 3G xidmətlərinin tətbiqinə tam hazır olduğunu bildirmişdir. S.Arboqast, eyni zamanda, 3G şəbəkəsinin digər şəbəkələrlə müqayisəsi, şəbəkənin üstün cəhətləri haqqında məlumat verdi. O, çıxışında "Azerfon" MMC-nin dünya standrtlarına cavab verən 3G şəbəkəsinin qurulduğunu və yaxın zamanda abunəçilərə təqdim olunacağını söylədi. Həmçinin, qeyd olundu ki, "Azerfon"un ticarət nişanı olan NarMobile abunəçiləri də sim kartı dəyişmədən 3G xidmətlərinin bir hissəsindən yararlana biləcəklər.
Təbirdə iştirak edən "Mobitel" şirkətinin brend meneceri Emin İlyas "Nokia bütün dünyada və Azərbaycanda", "Nokia telefonları Azerfon-un 3G şəbəkəsində", "Mobil TV", məkan xidmətləri (hava haqqında məlumatlar yenilənməsi, yol hərəkətinə canlı şəkildə izləmə, nəqliyyatın izlənməsi) kimi mövzulara toxunmuşdur.
"Azerfon" şirkətinin korporativ məhsullar üzrə meneceri Həsən Əsgərov 3G texnologiyasının dəstəklədiyi məhsullar və "Azerfon" şirkətinin təqdim edəcəyi xidmətlər haqqında ətraflı məlumat vermişdir. H.Əsgərov, həmçinin, "3G-yə baxış və dünya ölkələri tətbiqi", "Azerfon sayəsində 3G xidmətləri Azərbaycanda", "2G-dən təkamül", mövzularına geniş toxunmuşdur.
Xatırladaq ki, 3G xidmətlərinin Azərbaycanda təqdim olunması üçün "Azerfon MMC" bütün lazımi testləşdirmə və quraşdırılma işlərini müvəffəqiyyətlə həyata keçirmiş, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bütün tələblərinə cavab verən bir şəbəkə yaratmışdır. Telekommunikasiya sektorunda son dərəcə əhəmiyyətli olan bu layihəni həyata keçirmək üçün Azerfon tərəfindən böyük səramayələr cəlb olunmuşdur.
3G xidməti Azerfon abunəçilərinə yüksək sürətli məlumat ötürülməsi, daha keyfiyyətli səs və mobil telefon vasitəsilə videogörüntü kimi, yararlı xidmətlərdən istifadə imkanını yaradacaqdır. Üçüncü Nəsil xidmətləri abunəçilərə yerləşdikləri məkandan asılı olmayaraq, naqilsiz, rahat və genişzolaqlı mobil İnternetlə təmin edəcəkdir.

Digər xəbərlər