PDF Oxu

Sosial

  • 11

“Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı” kimlərin başında çatladı?

“Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı” kimlərin başında çatladı?
Referendum ərəfəsində müxalifət düşərgəsində bəzi şəxslərin şəxsi təşəbbüsü ilə yaradılmış olan "Qarabağ və Respublika" təşviqat qrupları sonradan bilinməzcəsinə, görünməzcəsinə "vətəndaş hərəkatı" kimi qələmə verilərək müxalifət düşərgədəki qeyri- sabitliyi bir qədər də pozmuş oldu. Uzun müddət öz aralarında sadə bir problemi həll etməkdə çətinlik çəkən müxalifət yetkililəri indi başlarından böyük danışmaqla guya nəyəsə nail olacaqlarına əmin kimi çərənləməkdədirlər.
Bütün olub-keçənlər isə müxalifətin yenidən formalaşdırılmasının zəruriliyini ortaya qoyur. Az qala şəxsi problemlərinə görə, bir-birlərini öldürməyə belə hazır olanların birlikdən danışması, sadəcə, ikrah doğurur. Digər bir tərəfdən isə, onlar özlərinə sual vermirlər ki, "biz indiyə qədər bir məsələdə konkret ortaq məxrəcə gələ bilməmişik. Qaldı böyük işlərdən danışmağa?" Ona görə də, müxalif düşərgədə olanlardan və olacaqlardan bir şeyi gözləmək olar ki, bunlar axırda bir-birinin ətini yeyəcəklər. Çünki 16 ildir ki, hələ də öz aralarında mövcud konfilktə son qoya bilməyən müxalifətçilərin sonu ancaq bu cür ola bilər.
Maraqlı bir məqam isə, ondan ibarətdir ki, müxalifət düşərgəsinə xarici donor təşkilatlardan daxil olan vəsait kəsildiyi üçün onların da səsi kəsilib. Həmin təşkilatların ayırdıqları pulların müqabilində hay-küy salmağa çalışan müxalifət "badbaxtları" indi əlləri dizində oturub dünyada baş verən qlobal maliyyə böhranının sonunu gözləyirlər. Çünki bir sıra donor təşkilatlar məhz bu krizisin nəticəsində tamam iflic olublar. Yoxsa Müsavat başqanı İsa Qəmbərov həftə səkkiz - mən doqquz xaricdə idi. İndi oralardan əli-ayağı kəsilən Müsavat şefi boş başını girlətmək üçün yer və məkan axtarır. Amma bu cür çox iyrənc işlərin müəllifi olduğu üçün onun belə boşu-boşuna qalması çox pisdir. Çünki bu "adam" boş qalanda pişik balasını istədiyindən yediyi kimi, o da öz partiya yoldaşlarını "yeməyə" başlayır. Misal kimi xuliqanlıq maddəsi ilə məsuliyyətə cəlb edilmiş Adnan Hacızadə ilə Emin Abdullayevin məsələsini öz ampulasında böyüdən İ.Qəmbərov buradan özü üçün bir fiqur çıxarmağa çalışırdı. Amma nədənsə onun bu işi bir o qədər də uzun çəkmədi. Hər iki gəncin, sadəcə olaraq, ictimai təhlükə yaratdığına görə məsuliyyətə cəlb edilməsi və onların yaxın qohumlarının bu məsələdə "Yeni Müsavat" qəzetini və orada sifarişli yazıları dərc etdirənləri topa tutması başqanın ümidlərini bu dəfə də heçə endirdi. Bir məqamı da qeyd etmək lazımdır ki, müxalifət düşərgəsində isaların, əlilərin, eldarların və digərlərinin olması erası bitməyincə, buradan normal bir fəaliyyət gözləmək çox gülünc görünər. Nəyəsə görə, müxalifət düşərgəsində bu şəxslərin bu günə qədər qalmaları bir çoxlarına sərf etsə də, bir çoxları üçün baş ağrısından başqa bir şey deyil.
Müsavat ali məclisinin sədri Arif Hacıyev də indi daha çox pafoslu danışmaqla özünü kimlərəsə göstərməyə çalışır. "Qarabağ və Respublika "Vətəndaş Uğrunda Hərəkatı" ətrafında birləşməyin vacibliyini öz "qaydaları" çərçivəsində izah etməyə çalışan A.Hacılı müxalifət düşərgəsində və müxalifətçilər arasında heç nə olmamış kimi danışır. Onun bu iştahaya düşməsi isə həmin təşkilatlara özünü "lider" kimi sırımağa cəhd kimi qiymətləndirilir. Özündən əvvəlkilərin məhz bu yolla lider olduqlarını görə-görə görücü olan Arif "bəy" Lalə Hacıyevadan və İ.Qəmbərovdan nəyin əskikdir deyərək əl-ayağa düşüb. A.Hacıyevin bu iddiasının isə uzun sürəcəyi heç də düşündüyü kimi görünmür. Sadəcə olaraq, onlar mövcud şəraitdən və imkanlardan yararlanaraq guya "hələ də varıq" prinsipini əsas tutmağa çalışır. Amma əsil həqiqət isə onun dediyi və arzuladığı kimi deyil. İndi həmin təşkilata qoşulmayanların qarşısına sərt tapşırıqlar qoyulsa da, AXCP (i) sədri Əli Kərimov həmişəki qaydada A.Hacıyevin iddiasını da cavabsız qoymayıb. Öz maraqlarını həmişə üstün tutan Ə.Kərimov A.Hacıyev kimilərinin ağızda dediklərinin elə ağızda da qaldığını dilə gətirib. A.Hacılı isə onun dediklərinə elə də əhəmiyyət verməyərək, bu dəfə daha sərt qaydaların işləyəcəyindən xəbər verib. Müsavat ali məclisinin sədri hansı partiyanın bu təşkilata qoyulmayacağı təqdirdə, həmin qurumların taleyinin şübhə altında olacağını da qeyd edib. Ona görə də, yaxın zamanlarda müxalifət düşərgəsində daha ilginc olayların olması gözlənilir.

Digər xəbərlər